Nə də ki , sən varsan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 750
Səs ver:
(səs: 0)
Sizin pərdənizi külək əsdirir,
Külək pəncərəni bu axşam salıb.
Bu yaz gecəsində arzu tutmağa,
Göydə nə Ay qalıb, nə ulduz qalıb.

Nə də ki sən varsan, dərd bölüşməyə,
Nə də ki sən varsan, eh, görüşməyə.

Bu yaz gecəsinin möcüzəsi yox,
Bu yaz gecəsində tamarzıyam mən.
Sinənin altında qasnaq bağlayan,
Könlünün ağrıyan yarasıyam mən.

Hamı xəbərsizdi, hamı biganə,
Heç kəsin vecinə gəlmirik daha.
Qonşunun ulayan alabaşının,
Dərdini bilirik...bilmirik daha.

Bu gün dərdimizin birazı getdi,
Yarısı yenə də qaldı sabaha.

Səfail Aqiloğlu
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 750
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri