Səni unutmaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 911
Səs ver:
(səs: 0)
Səni unutmaq asan olardı
Birgə çərpələng uçurduğumuz
Küləklər olmasaydı.
Bir zamanlar məni bənzətdiyin
Çiçəklər olmasaydı.
Səni unutmaq asan olardı.
Sevgimizin şahidi
Günəş, Ay olmasaydı.
Təqvimdə fəsillərdən
Ən sevimli fəslin:
Yay olmasaydı.
Bahardan sonra payız gəlsəydi
Səni unutmağa nə vardı ki?!
Səhərlər Günəş doğmasaydı,
Axşamlar Ay çıxmasaydı.
Səni unutmağa nə vardı ki?!
Küləklər əsməsəydi,
Çiçəklər bitməsəydi...
Səni unutmağa nə vardı ki?!

Aynur Haqverdi
24.03.2019
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 911
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri