Eşq olsun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 658
Səs ver:
(səs: 0)
Eşq olsun
Qocaya, cavana, südəmər körpəyə,
Zərif xanıma, güclü bəyə,
Turp kimi sağlama, naəlac xəstəyə,
Miyoldayan pişiyə, hürən köpəyə,
Fərq qoymadan bütün canlıları
İsidən Günəşə.
Eşq olsun
Qızıl saraya, uçuq komaya,
Çağlayan dənizə, quruyan çaya,
Qara torpağa, boz qayaya,
Soyuq qışa, isti yaya,
Fərq qoymadan
Eyni nuru saçan Ulduza, Aya.
Eşq olsun
Uca dağlara, geniş düzlərə,
Zülmət gecələrə, aydın gündüzlərə,
Gül-çiçək açan üzlərə,
Qəmə giriftar gözlərə,
Fərq qoymadan
Əsən küləyə.

Aynur Haqverdi
13.03.2019
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri