Kim bilir bəlkədə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 584
Səs ver:
(səs: 0)
Kim bilir, bəlkə də,
Böyüyəndə çəkdiyimiz acılar
Çocuq ikən daş atdığımız
Hansısa bir köpəyin,
Ləçəklərini yolduğumuz
Hansısa bir çiçəyin,
Öldürdüyümüz
Hansısa bir böcəyin ahıdır.
Kim bilir, bəlkə də,
Böyüyəndə yanağımıza
İçimizi yandıra-yandıra
Süzülən göz yaşlarımız
Çocuq ikən sındırıb atdığımız
Hansısa bir budağın,
Gözünə daş saldığımız
Hansısa bir bulağın,
Topunu partlatdığımız,
Oyuncağını qopartdığımız
Hansısa bir uşağın ahıdır.
Kim bilir...
Bəlkə də...

Aynur Haqverdi
16.03.2019
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 584
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri