Salam gətirdim sənə

Şərhlər: 3
Baxılıb: 1 433
Səs ver:
(səs: 0)
Ömrümü ayaqlayıb,
Elə çıxıb getdin ki...
Ayaq izlərin hələ ömrümdə dustaq qalıb!
O ayaq izlərindən Salam gətirdim sənə.
Gedişin ani oldu...
Qaçaqaçla , tələsik...
Nələr yadından çıxıb qaldılar həyatımda -
Xəyalın, meh nəfəsin, bəyaz xatirələrin.
Bəlkə də yaxşı oldu.
Onlar da şərik oldu dərdimə, gözyaşıma.
Həmin töküntülərdən Salam gətirdim sənə.
Bircə şəkillərini özünlə aparmısan.
Hələ bir çərçivədən çıxararkən rəsmini,
Kənarında o rəngli qaşı da qoparmısan.
Bax elə mənim kimi şikəst qoyub getmisən,
Onu rəngli qaşından,məni solğun gözümdən...
İnan,yumula bilmir mənim şikəst gözlərim,
Şikəst qaşın səsindən.
Axı sən nə istədin, Allahın o zavallı taxta çərçivəsindən?!
Susdura da bilmirəm.
Gecə - gündüz deyinir.
Necə çox danışarmış boşboğaz boş çərçivə.
Boş qalan çərçivənin elə boşboğazından
Salam gətirdim sənə.
Heç yadına düşürmü,
Yan -yana dolaşarkən qısqanıb yad baxışdan,
Dəcəl bir hikkə ilə əllərimdən tutmağın.
Yenə də o günkü tək qısqancdı əl izlərin.
Gör sənin yoxluğundan nə qədər zaman ötüb.
Amma bircə an belə əlimi buraxmayıb
Başqa əl tutar deyə, elə möhkəm yapışıb...
Əlini aratmayan o qısqanc əl izindən
Salam gətirdim sənə.
Səssizcə getmək üçün səsini də atmısan
bu evin hər küncünə.
Mənimtək tərk etdiyin biçarə səsinə mən
Sarılaraq yatmışam səndən sonra gecələr.
"Yatmaq" demək olarsa sabah açılanadək
Ulduzlara baxmağa.
Görəsən hansı ulduz sənin pəncərəndədi?!
Hələ yağış yağanda ulduzlar da qeyb olur.
Bəlkə indi bu yağış sənin üzünü yuyur.
Demək insan sevdiyin yağışa da qısqanar...
Nə isə... Çox danışdım.
Arxanca hey zarıyan o binəva səsindən,
Ulduzlardan, yağışdan.
Həə. Bir də üzün üçün hamıdan çox darıxan,
Evdəki aynalardan "Salam" gətirdim sənə.
Bəs sən necə, sevdiyim?
Səssiz- səssiz gedərkən,
Verməyə qıymadığın,
Sınıq- salxaq da olsa,
"Sağol"gətirdin mənə?...

Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 433
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri