Bu dünya yalan imiş

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 787
Səs ver:
(səs: 0)
Bu dünya yalan imiş,
xəbərin var xəbərdən?
Bir ürək ki, ölüncə, qopmadısa kədərdən,
Xoşbəxtliklə səadət böyük bir yalan imiş.

Gözdən əlil birinin yaşarırsa gözləri
kiminsə o insanı kor bilməsi yalandır.
Nitqi məhdud birinin danışırsa gözləri,
"lal" kəlməsi yalandır.

Külli-bəşər, hamımız,
bir Adəmin nəvəsi,
Tək Allahın quluyuq.
Hər birimiz Adəmin sonuncu soyoğluyuq.
Dərk eləsək bilərdik,
qardaşlarla ədavət böyük bir yalan imiş.
Azadlıqla əsarət böyük bir yalan imiş.
Həm vətən, həm də qürbət böyük bir yalan imiş.
ölkələr arasından sərhədləri qoparsaq,
görərik,
dünya kiçik yalanlardan ibarət,
böyük bir yalan imiş.

Bu qumlu səhradakı, mən görən təpələrin
külək dəyişib yerin.
Deməli, bu təpələr,
bu təpələr, bu dağlar,
bu düzlər də yalanmış.

Bu dənizdə bu səyyah, gəmiylə ləpələrin
qucağında su deyib,
alışırsa ciyəri,
dənizlər də yalanmış.

Çaylar axıb dənizə tökülürsə yalandı,
Nə o çaylar, tükənən,
nə, dənizlər dolandı.
Yalandı, boşdu hər şey,
ey, bu çayın əksinə səfərə çıxmış balıq,
geri qayıt, əzizim, özünə etmə yazıq.
üzə bilsən görərsən,
özünü dənizlərə
atıb,
intihar edən
bu çayın sonluğutək
mənbəyi də yalandı,
mənşəyi də yalandı.

Yalandı bu dünyanın, əziyyəti, zülmü də,
nə zalim var,
nə məzlum,
nə hakim var,
nə məhkum.
Zalimlər yalançılar,
zülmlər isə yalan,
məzlumlar, bu yalana könüllücə aldanan.

Zalimləri yalançı,
alimləri yalançı,
şairləri yalançı,
şeirləri yalandı, yalandı şairlərin.
əsərləri yalandı, yalandı nasirlərin.
çünki, əsərlərdəki gözəllikdən,
saflıqdan,
bu dünyada əsər yox.
o nağıl da yalandı,
sonluğunda kədər yox...

Ceyhun Aranli
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 787
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri