Mahnı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 482
Səs ver:
(səs: 0)
Yenə qulaqcıqda qəmli musiqi...
Anılar buyurur cəfalarıyla.
Budur,xatirələr yenə rəqs edir
Həmin musiqinin sədalarıyla...

Yox!..bu xatirələr,bu düşüncələr
Oyun havasına oynamaz qəti..
Onları tərpədir qəmli mahnılar,
Görəsən,bəs nədir bunun hikməti?

Hislər oyandıqca,qəlbim döyünür,
Yüksəlir qəlbimdə ayaq səsləri..
Sanki,daşa dəyən bəxtimdən çıxır,
Bu qəmli mahnının dayaq səsləri..

Sanki mahnı mənə deyir ki, sən sus!
Hər şeyi bilirəm,gözlə,dinlə bir:
Sənin həyatının bütün acısı,
Mənim notlarımda,sözlərimdədir..

Yüksələ bilmədim arzularıma
Yoxsul bəstəkarın əlləri kimi..
Ayağım altında çökdü pillələr,
Köksüz piyanonun dilləri kimi..

Qəmlilər mahnını ölən arzunun
Boğulmuş səsinə bənzər bilirlər..
Xoşbəxtlər mahnının musiqisini,
Bədbəxtlər sözlərin əzbər bilirlər..

Ceyhun Aranli
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri