Mən elə sanırdım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 808
Səs ver:
(səs: 0)
Yenə çəkilmişəm öz otağıma,
Çıxmıram küçəyə,çıxmıram çölə.
Küçəyə sonuncu çıxdığım gündən
Kölgəmi unudub küçələr belə.

Bu nə soyuqluqdu,
nə unudulmaq?
Susub neçə gündü telefonum da...
Bəlkə də,hiss edir unudulmuşam,
Məyusluq bürüyüb canın onun da?

Hərdən pəncərədən gizli baxıram:
Günəş öz yerində,
Ay öz yerində...
Gör fələk nə sayır,
kim sayır səni?
Sən öz saydığını say,öz yerində...

Heç kimin,heç nəyin işi axsamır,
Qəssab İmamın da gedir alveri.
Çayçı Həsən kişi öz işindədi,
Yenə də nərd vurur orda müştəri...

Şütüyür maşınlar,
gəlir qatarlar,
Qatarın biri də çıxmır yolundan.
Mənsiz də,qədəhlər məmnun qalırlar,
Özgə barmaqlarda öz stolundan...

Dost-tanış üzülmür,
hardasan?-deyə,
Sevgilər köpüktək aşıb-daşırmış..
Elə bil,bu illər ərzində,
onlar
Məni itirməyə hazırlaşırmış...

Mən elə sanırdım,
mənsiz hər kəsin,
Günləri maraqsız,könülsıxanmış
Bu dünya qəribə bir film imiş,
Hərə öz rolunda baş qəhrəmanmış..

Ay Ceyhun,özünü qandırma belə,
Dostun barmağında,tutalım,
əgər,
qızıl üzük olsan,
yenə də üzməz,
Yoxluğun,
barmağın yoxluğu qədər...

Ceyhun Aranli
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 808
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri