Bağislama bizi Vətən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 589
Səs ver:
(səs: 0)
Bağışlama bizi, Vətən,
Bağışlama bizə, Vətən,
Bunca qara günahları.
Bağışlama bizə, Dünən,
daha gözəl sabahları...
Biz unutduq, çünki sizi,
biz unutduq yolu, izi...
Biz unutduq soyumuzu...
Biz unutduq,
tez unutduq.
Biz unutduq,
mən unutdum,
sən unutdun,
o unutdu..
unutduqca yağı düşmən elə tutdu
toyumuzu...
qol götürüb oynadıqca
o toyda biz,
kiçildərək yerə soxdu Ulu Tanrı boyumuzu...
o boyda "Biz"
kiçilmişik verə-verə
yad əllərə
İrəvanı, Şuşamızı, Xoyumuzu...
Bağışlama məni, Şuşam,
Səni çoxdan unutmuşam.
Bağışlama ay Xocalı,
Bağışlama ay Borçalı,
Bağışlama ay Xankəndi,
Unutmadımmı Dərbəndi,
Xocavəndi?

Bağışlama bizi Tanrım,
biz unutduqsa keçmişi.
Eşit məni,
Qarabağda komasının damı uçurulan kişi!
Uçurulmuş dam altında namusumuz qaldı bizim,
Düşürülmüş papaq altda qeyrətimiz!
Axıdılmış bunca qanı etməz nəsə,
düşmənlərin al qanından qeyri, təmiz...

Çalışmayaq Qarabağı qaytarmağa,
Gəl çalışaq qayıtmağa Qarabağa...
Atalardan miras qalıb Vətən bizə,
hansı oğul deyər,
ata, mənə miras lazım deyil?
bu mirası geri almaq,
biraz-biraz lazım deyil,
biz onu tam almalıyıq...
Bizə qisas lazım deyil,
biz intiqam almalıyıq kişi kimi,
boz qurd kimi,
Göytürk kimi,
almalıyıq bir yurd kimi,
bir mülk kimi...

Ceyhun Aranli
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri