Kül eyler şəhəri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 565
Səs ver:
(səs: 0)
Binaları alovtək
Ləpələndirir külək.
Alovlanır hər gecə
Bu küləylər şəhəri.

Alovlanır binalar,
Alovlu binaların
içindəki,
alovlu,
qığılcımlı zinalar.
bu zinalar, tamahlar,
bu günahlar,
günahlar...
bu, kül eylər şəhəri.

Bu şəhərdən o yana
hara baxsan uzaqdı.
bura qardı, sazaqdı.
burda bütün qocalar
zamanın qar bürümüş
yamacında
sürüşüb,
dığırlanan uşaqdı.
saçlarına qar qonub,
saqqalı, bığı ağdı.

Bu şəhərdə dualar,
qarğış qədər keçərsiz,
bu şəhərdə adam çox,
ancaq insan yetərsiz.

Bu şəhərdən o yana,
ləpədöyən dənizdi.
"bura zibil atma, ay..."
adamsöyən dənizdi.

Xatirələr yığını,
arzular zibilliyi,
bacarmıram, neyliyim?
çünki, xatirələri
sellofan paketlərə
yığmaq olmur,
qəlizdi.
Tanrı, günəş lampasın
söndürübən, yatanda,
gizli-gizli sürünüb,
xəlvət atım dənizə.
görməsinlər atanda.

İncidirik şəhəri,
ağladırıq şəhəri,
bu şəhərin gözündən
qara yaşlar tökülür.
bu qara suyun üstə,
mazutiçən,
leşsökən
qara quşlar tökülür.

Bu şəhərdən o yana,
ləpədöyən dənizdi.
bu dənizdən o yana,
görən, hər yer təmizdi?

19.05.2019

Ceyhun Aranli
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 565
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri