Xəyallarım güc alır

Şərhlər: 4
Baxılıb: 1 495
Səs ver:
(səs: 1)
Aprel kimiydi sənin həyatıma gəlişin,
Yaşıllıq,gül-çiçəklər,bəzən sızqa yağışlar.
Üzümdəki bu gülüş ən möhtəşəm əl işin,
İnsan bu əl işinə ömrünü də bağışlar.

Eşqi çətir qüdrətlim, baxışı mərhəmətlim,
Bir an çəksən çətiri ,ruhuma qar yağar,qar.
Yağışları demirəm,islanmaq da gözəldi,
Kirpiklərin təbiət,əlin məhəbbət qoxar.

Ən sevdiyim himndi sənin ayaq səslərin,
O himnin sədasıyla xoş günlər zəfər çalır.
Gülüşündən su içir könlümün çiçəkləri,
Baxışının rəngindən xəyallarım güc alır.

Zəhra Əkrəm
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 495
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri