Bitdi getdi

Şərhlər: 7
Baxılıb: 1 643
Səs ver:
(səs: 0)
Bu gün uzaq yola çıxdım gedib dönməyim çətin,
Sən özünə diqqət elə, yaxşı deyil səhhətin.
Arada limonlu çay iç, dünya dönsün başına.
Bu qədər pessimist olmaq ,yaraşmır heç yaşına.

Saflığına susqunluğum qurban olsun, darıxma,
İstədiyin kimi yaşa, elin sözünə baxma.
İçib-içib mahnı oxu, gəl keç, bizim küçədən,
Onsuzda səndən sora heç, nə gələn var, nə gedən.

Mən yolumu, cığırımı bağlamışam özgəyə,
Məni yola salmağına qorxuramki göz dəyə.
Heç bilmirəm nətəhərəm, kiminləyəm, hardayam,
Haki üsyan edirəm e, gör heç məni var duyan.

Səni böyütdüm içimdə nağıldakı div boyda,
Mənə kədər, dərd gətirdin yaşadığın ev boyda.
İndi mənə bu məhəbbət ağrı, bəladı, dərtdi.
Sənə görə bir yaşamlıq anıydı bitdi, getdi...

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri