Yazaram

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 778
Səs ver:
(səs: 0)
Sevib bir xanımı onun haqqında,
Mahnı bəstələyib, əsər yazaram.
Yoxdur səbəkarı şeirlərimin
Görün aşiq olsam, nələr yazaram ?

Dözüb tab edərəm, istərsə nəyə ?
Hicrana, kədərə, qəmə, hər şeyə.
Bir qız oğurladı qəlbimi deyə,
Dünyaya bu haqda xəbər yazaram.

Bəlkə də, eşqindən dəli olaram,
Onu şeirimlə, başa salaram.
Baxıb gözlərinə ilham alaram,
Gecə düşünərəm, səhər yazaram.

Fikrimi şeirlə etsəmdə izah,
Özümə mən şair demirəm, Vallah !
Xəyalın qurduğum xanımı, Allah
Qismət eyləyərsə əgər, yazaram.

2016

Mirşen Xeyal
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 778
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri