Ayrılıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 723
Səs ver:
(səs: 0)
Hamı üz döndərib, qayıdıb gedib  
Səndə bu adamı silib, gedirsən.
Gündüzlər, özünü unudub gedib,  
Ardıyca yuxuma gəlib gedirsən.

Fələkmi uzadır, vaxtı görəsən?
Haçan qayıdarsan? Bitər bu yuxu.
Sənin işin, gücün, yoxdur görəsən?
Bütün gün ağlımda neynirsən axı?

ʺGetmirəmʺ desəydin, bəs idi mənə  
Ömürlük yadında qala bilərdim.
Könlündən keçəni alsaydım sənə  
Görəsən könlünü ala bilərdim?

Mənə danışmağa vermədin macal
Nə qədər ağlayıb yalvarım sənə?
Yolun buralara düşsə yada sal,
Həsrətin məndədir qaytarım sənə.

Mirşen Xeyal
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 723
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri