Keçir gəncliyim

Müəllif: Banucicek
Şərhlər: 6
Baxılıb: 1 734
Səs ver:
(səs: 0)
Həyat müddətimin gözəl anları
Ötüşür,ömrümün yaşananları.
Hər gün hesabatdır,günün sonları
Hopur yaddaşıma,keçir gəncliyim.

Şirindən acıya keçərək bəzən,
Qəmin badəsini içərək bəzən.
Yaşanıb,sətiri seçərək bəzən
Yığışıb şeirə köçür gəncliyim.

Gecələr əmr edir sübhə itələn!
Arzular uzanan,ömür gödələn.
İlim nərdivandır,kamım göydələn
Qovuşmaq eşqiylə uçur gəncliyim.

Qurmaq istədiyim həyat yolumu
Başladım,fələklər burdu qolumu
Ağrılar qısnayıb indi "solumu"
"Qərinə" qapısın açır gəncliyim.

Qayğılar çiynimə yüktək qalanır,
Güc də biləyimdən başa calanır.
Dolaylar içindən bir də dolanır,
Dövrün keçidində qaçır gəncliyim

Demirəm taledən üzüm gülmədi
Gülsə də,ürəyim ilmə-ilmədir.
Bu da bir qismət,bəxt,seçilmədir
Sərrafdır,hər şeyi seçir gəncliyim.

Üzüm daxilimi təsdiq elədi,
Saflara həyata tətbiq belədir.
Qəm müqabilində sevinc gilədir
Azacıq ümidə "puçur" gəncliyim

Müəllif: Elvin Firudinoğlu
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 734
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri