Xoşuma gəldin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 790
Səs ver:
(səs: 1)
Həyatdan əl üzüb, ölümü seçdim,
Yaşam əl çəkmədi, əsirim oldu.
Bütün imtahandan uğurla keçdim,  
Bir dənə sevgidən kəsirim oldu.

Heç belə təsəvvür eləməmişdim,
Nə gözəl bəlaydın başıma gəldin.
Mən səni Allahdan diləməmişdim,
Özün ayağınla xoşuma gəldin.

Məndən başqasına üzün gülmədi,
Özgə bir ocağa köçsən də gəlin.
ʺƏlvidaʺ deməyə dilin gəlmədi,
Boş qaldı havada yellənən əlin.

Sanki dayanmışdıq yol ayrıcında,  
Bir yöndə mən idim, bir yönündə sən.
Bir dəfə olmadım mən baş ucunda  
Yaxşı ki, Allahın göz önündəsən.

Mirşen Xeyal.

2019
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri