Çölümü içimdə qoruyan adam

Müəllif: Banucicek
Şərhlər: 2
Baxılıb: 1 601
Səs ver:
(səs: 0)
Pıçıldar dilimdə daima bir səs
Kim onu duyar ki,məndən yaxın kəs.
Bizə vasitədir,dərilməz nəfəs
Hissimin şahidi,daxili mənim.

O ki,insanlığa deyil biganə
Dərd yeyir,qəmi içir tənha,yeganə.
Hərdən də toxuyur,söz aşiqanə
Vicdanın haqqına vəfadar tənim.

Alışa bilməzsən,çöl həyatına
Odur ki kədəri böl həyatına.
Beləcə sən öyrəş, "gül" həyatına
Rəngindən nişanə saçda ağ dənim.

Hərdən duman olar üstünə ahım.
Bölünər,çözülər sən də günahım.
Bəzən ağrıyanda solda cinahım
Ümidin kəsilər ağrıya qənim.

Bəllidir vücudun istidir,qandır
Alovla möhnəti,içində yandır.
Onsuz da bilirsən,ömür bir andır
Güc ver yaxşılığa dillənsin ünüm.

Çölümü içimdə qoruyan adam,
İnsanlıq zirvəmə sadiqsən müdam.
Səninlə Elvinəm,yumşağam,codam
Var ol ki,qoymursan özümdən enim.

Yazar: Elvin Firudinoğlu
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 601
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri