Gəlmə!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 674
Səs ver:
(səs: 0)
Gəlmə soyuq adam, mən çox istiyəm,
Qorxuram qoynumda buxarlanarsan!
Baxsan gözlərimə oda düşərsən,
Tutsan əllərimdən qorx ki yanasan!

Gəlmə sakit adam, mən dəlisovam,
İtib batacaqsan məndə bilirəm.
Qanıma yeriyən bu dəliliyə
Gəlib yoluxarsan sən də bilirəm.

Gəlmə zəif adam, mən xeyli sərtəm,
Ovcumda əriyən şama dönərsən.
Saçımı oxşasan əlin ağrıyar,
Sinəmə toxunsan çiliklənərsən.

Gəlmə işıq adam, mən qaranlığam.
Yarasa kimiyəm, gecə dəlisi.
Qorxuram ömrümə işıq salasan
Görünə ömrümün düzü əyrisi.

Gəlmə azad adam, mən mənə məhkum...
Nə qədər uzaqsan azad qalarsan!
Mənə bircə addım yaxına gəlsən,
məndə bir ömürlük məhkum qalarsan!

Gəlmə uzaq adam yaxına gəlmə!
Sən özünü məndən qoru, ay adam!
Bütün gələnlərə mən yük olmuşam,
Məni bu yük olmaq yorur, ay adam!


Müəllif: Orxan Bahadırsoy
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 674
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri