Ötən günlər

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 2 492
Səs ver:
(səs: 0)
Yenə gözlərindən yaşlar süzülür
Yəqin həsrətindəsən ötən günlərin
Yoxsa uzaqdanmı belə görünür?
Bəlkə heç yadına düşmürəm sənin

Daha gəlməyirik hər gün üz-üzə
Biz birgə ağlayıb, birgə gülərdik
Kaş əvvəlki kimi bir-birimizə
Sevirəm sözünü deyə bilərdik

Həyat maraqlıydı bizimçün onda
Çox gözəl keçərdi görüşlərimiz
Tez-tez danışardıq biz telefonda
Beləcə keçərdi xoş günlərimiz

Qədrini bilmədik həmin günlərin
İndi ikimiz də dərd içindəyik
Bizdən uzaqlaşan qəmli sevginin
Həm titrək bir sözün həsrətindəyik

Gözlərin yollarda yar izindədi
Bilirsən qayıtmaz bir də ömrünə
Tək sən yox, şəriyyət qəm içindədi
Qələm də baxmayır artıq sözünə
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri