Tərk edilmiş evlərin, şüşələri tərləmir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 407
Səs ver:
(səs: 0)
Tərk edilmiş evlərin
Şüşələri tərləmir.
Sənsiz kədər bürüdü
Çatladı divarların
Nəfəssiz qalan üzü,
Tərk edilmiş evlərin
Nuru, işığı olmur,
Qaranlıqdan kor olur
Bu evlərin gözləri
İtirir döşəmədən
İsti, kövrək izləri
Çıxarır yaddaşından
İllərlə öyrəşdiyi
Simaları, üzləri,
Tərk edilmiş evlərin
Şüşələri tərləmir.

Yağış çölün isladır
Qışdan soyuq ləkələr
Qalır bu yalnızlığa,
Bu evdən əlin üzmüş
Kölgələrə qalır ev.
İtirir otaqların
Yaşlaşır qocalır ev
Tərk edilmiş evlərin
Şüşələri tərləmir.

Yenə sənə gəlirəm
Tərk etdiyim otaqdan
Səninsə ünvanında
Söhbət edir gülüşlər
Nə döşəməndə toz var
Nə güllərin saralır
Nə mənzilin qaralır
Mənim mənzilim kimi
Nə pəncərən qar alır
Qardan, buzdan, soyuqdan
Sən gedəndən çatlamış
Sənsiz pəncərəm kimi

Gülüm çox dəyişmisən
Deyəsən bircə mənəm
Sənsiz qalandan sonra
Mənə bənzər mən kimi
Tərk edilmiş evlərin
Şüşələri tərləmir.

Bir aman gözyaşıyla
Sulanmışdı şüşələr
O da sən getdiyin gün
Elə o gündən sonra
Sənə öyrəşmiş olan
Şüşələrə bir kimsə
Ağlamır dərdin demir
Tərk edilmiş evlərin
Şüşələri tərləmir.


Müəllif: Mehman Rəsulov
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri