Ruhların tənhalığı

Müəllif: Banucicek
Şərhlər: 4
Baxılıb: 1 720
Səs ver:
(səs: 0)
Köksünü hərarət sandı əllərim
Telinə yuvatək qondu əllərim.
Bir gün yoxluğunda dondu əllərim
Dağlar da üşüyər,çənsiz qalanda.

Boğuldum ümmanda,bu bərk axında
Xilasım uzaqdır,dərdin yaxında.
Ağlına gəlməz heç,bəlkə yuxunda
Ruhlar da tənhadır, "tən"siz qalanda.

Qaranlıq zindanın içində təkdim,
Burada rəsmini ağlıma çəkdim...
Qəlbimə nisgilin toxumun əkdim,
Böyütdüm günbəgün,sənsiz qalanda.

Sonuncu yarpaqdın,düşdün budaqdan
Siyrilib,ayrıldın içimdə tağdan...
Mən də sən olmayan,tənha otaqda
Səsini özlədim ünsüz qalanda...

Özümə o sənsiz darıxmır deyib
Oturdum,əynimə" təsəlli" geyib.
Bir az da qüruru öyüb,həm söyüb
Dedim ki,"ağıllan" onsuz qalanda...

Küskün bir məsumtək,durdum uzaqdan
Yoluna boynumu burdum uzaqdan
Həsrətdən bir çadır qurdum,uzaqdan
Yanıma qayıdar yansız qalanda...
Ehh...
ümid qırılmamış sabah gec deyil,
Dözərəm buna da,elə öc deyil...
Ayrılıq bir yükdür,amma köç deyil
Sən də anlayarsan,mənsiz qalanda...

Yazar: Elvin Firudinoğlu
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri