Tənhalıq

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 416
Səs ver:
(səs: 0)
Tənhalıq?
Xoş gəlmisən!!!
Keç! Qaoıda dayanma.
Sən ki, tez-tez gəlirsən.
Öz evindir, utanma!

Onsuz soyuqdur hər yer.
Soyunma, keç eləcə.
Sevincimi görmədin?
Burda idi indicə.

Kədəri də, qəmi də
Gətirmisən özünlə!
Görən hələ neçə gün
Qalmalıyam sizinlə!

Azdır, çoxdur hər kəsin
Vüsalına qənimsən
Alnımdakı qırışım
Saçımdakı dənimsən.

Üzümdəki saqqalın
Ağları da sənindir.
Ayrılığın ən acı
Çağları da sənindir.

Ye ömrümü! götür ye!
Buyur, hər cür yemək var.
Damla-damla yaş yaşı
Parçalanmış ürək var.

Girib mələk cildinə
Sarılmısan boynuma
Gündüzü gəz yanımda
Gecə də gir qoynuma

Əlindən itirdiyim.
Başımın üstündəsən.
Kipriyimin ucunda
Qaşımın üstündsən.

Gözlərimin içində
Səhərəcən oyaqsan.
Niyə qoymursan yatım?
Sən nə üzlü qonaqsan!

Gül çiçəkli ömrümü
Sən eylədin ağ qara.
Necə edim bilmirəm
Səndən canım qurtara...

Müəllif: Qəhraman Kamiloğlu
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri