Özgəsinə qismət olan, Cahi-cəlalım necəsən?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 10 711
Səs ver:
(səs: 3)
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahi-cəlalım necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, gülüm, çiçəyim,
Pətəyim, balım necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü könlü dil dil ötən,
Dilləri lalım, necəsən?

Zər zibam, ləlim gövhərim,
Yaqut-yəmən simu-zərim.
Barmaqları bəxtəvərim.
Başı bəlalım necəsən?

Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı
İbrahimin sitəmkarı,
Necəsən zalım, necəsən?

Müəllif: İbrahim İlyaslı
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 10 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri