Neynim?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 5 376
Səs ver:
(səs: 0)
Ey təbibim, daha yox dərdə dəvamım neynim.
Od tutub yanmadadır cismidə canım neynim.

Gecə ta sübhə kimi ah-fəğan etmədəyəm,
Dayanıb, devr eləmir cismidə canım neynim.

Ərşı-əlada xuda, yerdə köməyim sənsən
Sizdən özgə kiməsə yox pənahım neynim.

Tapmıram mən səbəbin ki, nə bəladır çəkirəm
Dəyməyib kimsəyə bir zərrə ziyanım neynim.

Aşinalar uzaqlaşdı, görüb əhvalımı.
Hamını zar eləyib ah fəğanım neynim.

Ənvərəm, səbr edirəm ki hələlik var nəfəsim,
Ürəyimcə eləmir dövri zamanım neynim???


Müəllif: Ənvər Rza Maştağalı
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 376
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri