Sən yoxsan...

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 5 498
Səs ver:
(səs: 0)
Sənindəmi solub çöhrən, bənizin,
Bu eşq ölsə, qoyma qala əl izin ...
Bu günümün fotosu bu, əzizim,
Həsrət də var, kədər də var, sən yoxsan.

Mənlə birgə bu möhnəti daşıyan,
Qəmi sevib, "sevincini boşayan",
Ürəyimin özəyində yaşayan,
Nisgil də var, dözüm də var, sən yoxsan.

Taleyimi qırmanclayır kor düyün,
Yaşamıram, gün üstünə gəlir gün.
Saatların nə önəmi mənimçün,
Gündüz də var, gecə də var, sən yoxsan.

Yaddaşımdan itir adım, soyadım,
Ağrılar qoymurki, gecəni yatım.
Üç hissəylə bütövləşir həyatım,
Yaşam da var, ölüm də var, sən yoxsan...

Ramil Mərzili
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 498
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri