Məni isitməyə bir nəfəs göndər...

Müəllif: Diablo
Şərhlər: 7
Baxılıb: 6 102
Səs ver:
(səs: 0)
Sığınıb gecənin qaranlığına,
Tavanda gəzirəm baxışlarını.
Bu ilin payızı qəlbimə düşüb,
Yağdırır gözümdən yağışlarını.

Yorğun kirpiklərim səlis dərzitək,
Nəmdən libas tikir yanaqlarıma.
Saxta gülüşlərin qırışlarıyla,
Süzür göz yaşlarım dodaqlarıma.

Dörd divar,xəyalın,bir tavan,bir mən,
Qaranlıq gecədən bezən "yeddilik".
Hələ çatmamışdan mənzil başına,
Arzular tökülür, bağrımmı dəlik ?!

İsti yatağımda buza dönmüşəm,
Ruhum alışdıqca soyuyur bədən.
Məni isitməyə bir nəfəs göndər,
Göyü sızıldadan, yeri göynədən .

Bürünüm o isti, xoş nəfəsinə,
Çəkim xatirəni başım altına .
Kədəri bol oldu göz yaşlarımın,
Biraz sevinc səpim yaşın altına...

Ramil Mərzili
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 6 102
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri