Ana

Müəllif: Ay_işığı
Şərhlər: 7
Baxılıb: 3 510
Səs ver:
(səs: 2)

Varlığı yaşamdı hər bir məqamda,
Yoxluğu cəhənnəm, iztirab bizə.
O,elə varlıqdı hər bir kəlamda,l
Sığışmaz söhbətə, sığışmaz sözə.
Ana böyük varlıq, Ana dünyadı,
Ağuşu kainat, həyat onladı.

Təbəssüm üzündə görsənən zaman
Ürəklər açılır büsbütün vallah.
Cənnəti hədiyyə edib ərmağan,
Ayağı altına səribdir Allah.
Ana böyük varlıq, Ana dünyadı,
Ağuşu kainat, həyat onladı.

Analar günəşdir, Analar aydır,
Balası yolunda daim nur saçar.
Övladın görməkcün imkanı olsa
O biri dünyadan biryolluq qaçar.
Ana böyük varlıq, Ana dünyadı,
Ağuşu kainat, həyat onladı.

İlahi nə gözəl xəlq eyləmisən,
Dünyanın içində dünya yaratdın.
Üç cümlə,üç sözlə vəst eyləmisən
Qanadsız bir mələk eldə yaşatdın
Ana böyük varlıq Ana dünyadı
Ağuşu kainat həyat onladı...


MÜƏLLİF:SEYMUR SÖNMƏZ(PAŞAYEV)
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 510
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri