Üzünün rəsmini asıb gözümə

Müəllif: Diablo
Şərhlər: 8
Baxılıb: 6 522
Səs ver:
(səs: 0)
Sevincdən uşaqtək ağlayıram mən,
Kədərin üzünə gülürəm, Qadın.
Öləndə səninçün yaşayım deyə,
Yaşaya- yaşaya ölürəm, Qadın...

Ürəyim baş əyir ayaq izimə,
Yollar da qısalmır, çəkim dizimə.
Üzünün rəsmini asıb gözümə,
Güləndə gözümdən gülürəm, Qadın.

Hər arzum, istəyim sənə bələnir,
Sən varsan, ruhuma dinclik ələnir.
Gözlərin tavandan yuxu dilənir ?!
Mən bunu hər gecə bilirəm, Qadın.

Kədərdən yoğrulur ömrüm anbaan,
Gözüm yuxu gəzir, sökülsə də dan.
Səndən öncəsində nə var yadımdan,
Əlbəəl, gözbəgöz silirəm, Qadın.

Üzünün rəsmini asıb gözümə,
Güləndə gözümdən gülürəm, Qadın.
Öləndə səninçün yaşayım deyə,
Yaşaya- yaşaya ölürəm, Qadın...

Ramil Mərzili
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 6 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri