Doğma yalan

Müəllif: ÜlSi❤
Şərhlər: 7
Baxılıb: 2076
Səs ver:
(səs: 0)
Sənə güclüyəm deyəndə
aciz idim mən,
çox aciz
Sənə yaxınam deyəndə
sonu gözlə görünməyən-
yollar qədər uzaq idim.

Sənə qorxma dediyimdə
özüm tir-tir əsirdim mən.
Sənə ümüd bəxş edəndə
bilirsənmi,
əlimdə bir iti bıçaq
ümüdümü “kəsirdim” mən.

Sənə ağlama deyəndə
hönkürtüdən
içimdə tufan var idi
Göz yaşlarını siləndə
öz gözümdə qan var idi.

Sənə gözəlsən deyəndə
kor idim mən-
gözüm görmürdüki mənim
Sənə ürəyim deyəndə
qəlbim vurmurduki mənim.

Sənçün dağları “dələn” mən
özüm çoxdan dağılmışdım
dəryaları “ram” edərkən
haçandır ki, boğulmuşdum

Hər şey adi yalan idi
su kimi təmiz bir yalan
Acı həqiqətdən şirin,
doğma
və əziz bir yalan...

İlqar Kamil
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2076
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 430
Xəbər sayı: 0
Sevinc €
Cox gozel yazmisiz eliniz qolunuz var olaun Ilqar bey cox tesirli idi.Cox gozel secim etmisiz Btsarmy
31 may 2020 12:12
7
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 3
Xəbər sayı: 0
QUEEN
Menali dusundurucu bir seir
29 may 2020 09:57
6
Şərh sayı: 2457
Xəbər sayı: 1257
my_angel
Hər şey adi yalan idi
su kimi təmiz bir yalan
Acı həqiqətdən şirin,
doğma
və əziz bir yalan...
Çox mənalı şeirdir.
29 may 2020 09:16
5
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Gozel weirdi tewekkurler
29 may 2020 04:46
4
p.s
Şərh sayı: 13482
Xəbər sayı: 297
Miss_Oxatan
Sənə qorxma dediyimdə
özüm tir-tir əsirdim mən.
Sənə ümüd bəxş edəndə
bilirsənmi,
əlimdə bir iti bıçaq
ümüdümü “kəsirdim” mən
29 may 2020 00:37
3
#flatearth
Şərh sayı: 80955
Xəbər sayı: 30
BARBI
Dogma yalan nece tesirli seirdi.
28 may 2020 22:35
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1344
Xəbər sayı: 130
GüL
Hər şey adi yalan idi
su kimi təmiz bir yalan
Acı həqiqətdən şirin,
doğma
və əziz bir yalan...
28 may 2020 22:17
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri