Mən...

Müəllif: Diablo
Şərhlər: 11
Baxılıb: 8 057
Səs ver:
(səs: 1)
Soyuq qış gecəsi, qaranlıq otaq,
Bir sükutdur, bir həsrətin, birdə mən.
Düşünürəm təkrar gəlsəm dünyaya,
Tapıb səni sevərdimmi birdə mən ?!

Ürəyimdə yaşatsam da mən səni,
Bəlkə çoxdan dəfn olundum səndə mən.
Vaxt var idi bu eşq üçün əzizim,
Çox dəyişdik, mən sən oldum, sən də mən.

Kədər olub izləyəcəm bir ömür,
Dolaşacam saçlarında dəndə mən.
Bir eşq üçün yazqabağı cücərən,
Suya möhtac toxum da mən, dən də mən.

Hisslərin dolanbac yolunda azdım,
Keçdim bərələri, düşdüm bəndə mən.
Bu eşqə sığınan bir kölə idim,
Göydə Tanrı səndin, yerdə bəndə mən.

Həsrət məni hər gün çəkir tarıma,
Gücüm yoxdur, yenilirəm dərdə mən.
Bu gənc yaşda ay zalımın balası,
Varmı görən mənim qədər dərd əmən?

Ramil Mərzili
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 8 057
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri