Yaz, qələmim, yaz (şeir)

Müəllif: my_angel
Şərhlər: 10
Baxılıb: 3138
Səs ver:
(səs: 1)
Yaz,qələmim,yaz

Ömür bir fürsətdi verilib sənə,
Ömürdən, fürsətdən yaz qələmim, yaz.
Yaradan dünyanı cənnət yaradıb,
Sehrli cənnətdən yaz qələmim, yaz.

Çağır ilhamını, çağır təbini,
Həm elmini göstər, həm ədəbini.
Dəryalardan götür mürəkkəbini,
Tükənməz hikmətdən yaz qələmim, yaz.

Heç vaxt yaxşılığı çıxarma yaddan,
Dadlı meyvələrin düşməsin daddan.
Sən ki, çox çıxmısan alovdan, oddan,
Taledən, qismətdən yaz qələmim, yaz.

Odu olmayanın oduna yanma,
Haqqı olanların haqqını danma.
Yaxşılıq etməyi qızırqalanma,
Bu ali qüdrətdən yaz qələmim, yaz.

Dağ qalır, daş qalır, təbiət qalır,
İnsana əbədi məhəbbət qalır.
Çox şey unudulur, həqiqət qalır.
Əsl həqiqətdən yaz qələmim, yaz.

Açılan çiçəkdi, qonan arıdı,
Yönü Aya sarı, günə sarıdı.
Şeir şairlərin könül varıdı,
Bu naz-nemətdən yaz qələmim, yaz.

Zəlimxan Yaqub
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3138
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 470
Xəbər sayı: 3
Aisha
Ömür bir fürsətdi verilib sənə,
Ömürdən, fürsətdən yaz qələmim, yaz.
Yaradan dünyanı cənnət yaradıb,
Sehrli cənnətdən yaz qələmim,



Heç vaxt yaxşılığı çıxarma yaddan,
Dadlı meyvələrin düşməsin daddan.
Sən ki, çox çıxmısan alovdan, oddan,
Taledən, qismətdən yaz qələmim, yaz


Bu bəndləri bəyəndim.
12 iyul 2020 10:34
10
Şərh sayı: 491
Xəbər sayı: 0
Sevinc €
Odu olmayanın oduna yanma,
Haqqı olanların haqqını danma.
Yaxşılıq etməyi qızırqalanma,
Bu ali qüdrətdən yaz qələmim, yaz.

Dağ qalır, daş qalır, təbiət qalır,
İnsana əbədi məhəbbət qalır.
Çox şey unudulur, həqiqət qalır.
Əsl həqiqətdən yaz qələmim, yaz.
Bu iki bend xowuma geldi.
9 iyul 2020 11:35
9
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 1852
Xəbər sayı: 3
Snow White
Ömür bir fürsətdi verilib sənə,
Ömürdən, fürsətdən yaz qələmim, yaz.
Yaradan dünyanı cənnət yaradıb,
Sehrli cənnətdən yaz qələmim, yaz.
2 iyul 2020 01:33
8
But my dear it's not wonderland and you are not Alice:((
Şərh sayı: 3768
Xəbər sayı: 109
ÜlSi❤
Zelimxan Yaqub... Weirlerin heqiqetende sevirem)
Teşekkürler ureyim❤)
1 iyul 2020 10:47
7
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 381
Xəbər sayı: 0
_samire_
Gözel şeirdir
Beyendimheart
1 iyul 2020 00:55
6
Şərh sayı: 80976
Xəbər sayı: 30
BARBI
Beyenirem bu sairin seirlerini
30 iyun 2020 23:31
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Ömür bir fürsətdi verilib sənə,
Ömürdən, fürsətdən yaz qələmim, yaz.
30 iyun 2020 23:12
4
p.s
Şərh sayı: 4925
Xəbər sayı: 48
fiyonik
Zelimxan Yaqubum seiridirse beyenmemek olmaz. Qohumunu taniyirdim onun.
Yaradan dünyanı cənnət yaradıb,
Sehrli cənnətdən yaz qələmim, yaz.
-Burani beyendim. Yaradan dunyani Cennet yaradib, amma insanlar dunyani Cehennem edir. pff
Tesekkurlerheart
30 iyun 2020 20:44
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 886
Xəbər sayı: 0
♡iLK NUR♡
Dağ qalır, daş qalır, təbiət qalır,
İnsana əbədi, məhəbbət qalır.
Çox şey unudulur, həqiqət qalır.
Əsl həqiqətdən yaz qələmim, yaz.

Bu bəndi çox bəyəndim. 01
Zəlimxan Yaqub'un bütün şeirləri
Maraqlı və gözəldir. 30

Təşəkkürlər bacı heart
30 iyun 2020 20:05
2
Yıxılaram səncə? Heç sarılmaram da, şüşə kimiyəm. Bəziləri nə qədər, qırırsa qırsın
Mən qırıldıqca kəskinləşirəm
Şərh sayı: 1345
Xəbər sayı: 130
GüL
Heç vaxt yaxşılığı çıxarma yaddan,
Dadlı meyvələrin düşməsin daddan.
Sən ki, çox çıxmısan alovdan, oddan,
Taledən, qismətdən yaz qələmim, yaz.


Odu olmayanın oduna yanma,
Haqqı olanların haqqını danma.
Yaxşılıq etməyi qızırqalanma,
Bu ali qüdrətdən yaz qələmim, yaz.

-Bu iki bendi cox beyendim
30 iyun 2020 19:23
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri