Mən Səni Aforizimdəki Yazılmamış Son Cümlə Kimi Sevdim

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 6708
Səs ver:
(səs: 1)
Milyonlar içində yeganə şəxs idi o, məni məndən alan və sonsuza qədər canıma hopan bir insan idi. o. O elə bir məqamda , elə bir anda gəlmişdi ki , ömrümə sonu bitməz duyğularımla qarşılamışdım onu.! Bəhs etdiyim onu peymanı, andı əhdindən dönməyən bir insan kimi yazmışdım ürəyimə . Allah haqqı heç ağıl belə etməzdim ki , bir gün sözümün önünə söz qoyar, bir gün dəyişər, qəbahət ,qınaqlar axtarar. O, əslində O dediyim həmin xanım,bir dünyanı yönləndirir. Amma nə bilə biləydim ki , dəyişər,bəzən bəhanələrlə bəzən qınaqlarla nəsə axtarırmış kimi gəzir O. Mən ondan yazdıqca sətirə, sözə sığışmaz , sonu tükənməyən dastandır O ! Mən onu onsuz sevdim .Kim nə bilər mən onsuz nə çəkdiyimi?Kimə anlada bilərəm ki ,ondan ? Sərçə qədər ürəyimin göy üzü qədər dərdi var onsuz. Bəzən ünvanlandırdığım sözlərimi düzüb cümlə cümlə ona şeirlə sual verirəm ,axı mənim günahım nə? Bu şeirdə ona sual verdiyim qədər ,cavabımıda almaq istərdim ondan ... Amma qınaqsız nöqsansız. Bəhanəsiz...

MƏNİ

Məndən üz döndərən, a nazlı sonam,
Sənə neyləmişəm, atırsan məni?
Bu boyda şər böhtan, edərək yenə,
Namərdlərlə birgə, tutursan məni.

Bilsən nədi mənim bu könlümdəki?
Arzum budur, qəlbinə girəm təki.
Bu axır zamanlar hiss edirəm ki,
Hər yoldan ötənə satırsan məni.

Dolanıb başına, qadan alası,
Bilki mənəm, eşqə sadiq qalası.
Neyləmişəm sənə, zalım balası?
Xain cərgəsinə, qatırsan məni.

Mən Seymur Sönməzəm, meyvəli bağam,
Sözündən dönənə bil ki, uzağam,
Elə bilərəm ki, körpə uşağam,
Alıb qucağına, yatırsan məni.


.....mən onu dünya bildikcə ,o məni kiçildərək riyazi terminlərlə bölür və vurur . Nə etmək olar mənim gözümdə onun həsrəti , onun gözündə isə kimlərinsə nöqtəyi nəzərindən verdiyi təriflər və kimlərinsə əla almağa çalışdığı yalançı alqış və təriflər . Sevgi insana verilən ən ali hissdir.Mən hisslərin əsiri,o isə gözləri uzaqlara baxarkən tapdadığı çiçəyi görməyən gözəl idi.Biz dastanlara yazılmadıq bəlkə,amma ,mən onu qəlımə alaraq əbədi yaşadacağıma əminəm.Unudulmuş olsam belə.Amma mən onu yazılmamış aforizimdəki son cümlə kimi sevdim .Onu Onsuz sevdim .və sevəcəyəmdə . !

Müəllif:Seymur Sönməz Paşayev
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 6708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri