Körpələr çox bahalı bir İNCİDİR!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 980
Səs ver:
(səs: 4)

Körpə doğuşuyla başlar həyat,

Günahsiz, məsum, varliq.

Körpə gülüşüylə gülər, kainat,

Hər şey dəyişər, bir anliq.

Körpələr dünyanin sevincidir,

Barmaqlari kövrəkdir, incədir.

Fərqi yox ağdır, yoxsa zəncidir,

Onlar, cox bahalı bir incidir.

İnsan həyatına doğan günəşsən,

Arzusan, istəksən, çox-çox gərəksən.

Yaşıl çəmənlikdə açan, çiçəksən,

Yazılmış taleyə naxış, bəzəksən.

Əllərindən tutmaq, əvəz edər cahanı,

Gözllərində görmək olar, ulduzlu səmanı.

Sənin varlığın, unutdurar zamanı,

Sənin kimi, heç nə bəzəməz dünyanı.

Sən həsrətlə gözlənən qonaqsan,

Bir çoxlari üçün, böyük sınaqsan.

Bəzən məşəqqətsən, bəzən dayaqsan.

Hələ bir şey yazılmamış, təzə varaqsan.

İnsanlar həyatda çox şey üçün yaşar,

Sən olmayan evdə, gözlər dolar, boşalar.

Sənin gəlişin, bütün arzuları aşar,

Sənə olan sevgi, sərhədsiz daşar.

Qəlbimdə xüsusi bir yerin var,

Yerin bütün məxluqların önündə durar.

Səni qucaqladıqda, heyrətdən qanım donar.

Eh, sənsiz bu həyatım boş-boşuna yanar.

Sənin həsrətinlə yanaram məndə,

Heç kəs bilməz, nə çəkirəm qəlbimdə.

Sənin kimi bir mələk, olsa mənimdə,

Yerə qoymazdım, gəzdirərdim köksümdə.


Müəllif: Şair Bahar İslamzadə                                                                                           

(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri