İstədiyim nə şan oldu nə şöhrət Nə sevdalar nə xülyalar nə nemət. Neylər könül axı yalan dünyanı Bir şirin söz oldu mənə qənimət. Bəzən tənha yalnız dedim özümə Çünki uyğun dost dəymədi gözümə Bir şam oldum insanların yolunda Namərd çıxdı kim güldüsə üzümə. Bir Allaha aşiq oldum dünyada Bu sevgiyə layiq oldum dünyada İnsanlarda can yanğısı yox imiş Dedim Xudam özü yetər fəryada. Könlümdəki Xuda eşqi varımdır Bir şehli gül bir tozlu daş yarımdır İstəmirəm cah-cəlalı dünyada Qismət ola qara torpaq yerimdir.