Gör necə güclüsən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2593
Səs ver:
(səs: 3)
Yatmaq istəyirəm...
                       sənsizliyimi

Yuxu dənizində batırım deyə.

Yuxumsa kölgəni öz kölgəm kimi

İzləyir,qısqanıb səni hər şeyə.

Yuxum qaçaq düsüb məndən yan gəzir,

Yuxum küçələrdə sərgərdan gəzir.

 

Həsrətin asılıb kirpiklərimdən,

Yuxumda gəlmir ki, heç olmasa mən

Itirim, batırım səni yuxumda.

Məndən vəfalıymış sənə yuxum da.

Yuxum qaçaq düsüb yatammıram mən,

Yuxum qorxub qaçıb fikirlərimdən...

 

Gəzmək istəyirəm...

            sənsizliyimi

Yollarda itirim, unudum tamam.

Hara gedirəmsə, xatirən kimi

Agır bir yük ilə qarşılaşıram.

Səni itirmişəm,

                              neyləyim ancaq

Hər zaman, hər yerdə görünür yerin.

Yox, dözə bilmirəm, dərd ondadır ki,

Özündən ağırdır xatirələrin.

 

Şirin xatirələr bir tikan kimi

Yollara səpilib dəstəbədəstə.

Xatirən tikandır, cızır qəlbimi,

Yoxluğun duz səpir yaramın üstə

 

Yaddaşım elə bir günəş ki, gün ki,

Dünəni nur kimi görürəm aydın.

Deyirəm,yaddaşım elə olsun ki,

Mənə dünənimi xatırlatmasın!

Bəxtiyar Vahabzadə


(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2593
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 80957
Xəbər sayı: 30
BARBI
gozel seirdi xatireler canlandi.
24 yanvar 2014 08:36
8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
Bextiyar Vahabzade sairin butun seirlerini sevirem.Ellerine sagliq twk
24 yanvar 2014 00:27
7
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Bextiyar Vahabzade en sevdiyim wairdi,weirleri ile insani duwundurur.
23 yanvar 2014 23:15
6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 8722
Xəbər sayı: 208
Narminovski
Supppperr
23 yanvar 2014 22:42
5
Şərh sayı: 5911
Xəbər sayı: 283
tek umidim sen
cooox saqol canim
23 yanvar 2014 22:16
4
Şərh sayı: 12570
Xəbər sayı: 1394
Wiyinka
Tesekkurler baci
23 yanvar 2014 21:41
3
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
yaxsidi
23 yanvar 2014 20:15
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
ozunden agirdir xatirelerin.Tesekkurler cox beyendim
23 yanvar 2014 20:13
1
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri