Ürəyim vurduqca sevəcəm səni

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 3 505
Səs ver:
(səs: 2)
Bu sevgi tükənməz, bitməz ey gülüm.
Ürəyim vurduqca sevəcəm səni.
Nə qədər canımı almayıb ölüm,
Ayağda durduqca sevəcəmsəni.

 
Bu eşq müqəddəsdi unutma bunu.
Yaradan hədiyyə göndərib onu.
Ne qədər heyatın gəlməyib sonu,
Dünya var olduqca sevəcəm səni.
Ürəyim vurduqca sevəcəm səni...
 
Dünya yaranandan ucalır sevgi.
Nə itir, nədəki, qocalır sevgi.
Yalandı günbəgün azalır sevgi.
Mən yaşa dolduqca sevəcəm səni.
Ürəyim vurduqca sevəcəm səni...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri