Sən məni nazınla öldürəcəksən

Müəllif: Wiyinka
Şərhlər: 0
Baxılıb: 3 027
Səs ver:
(səs: 1)
Çovğunlu boranlı sərt qışınla yox,
Çayları coşduran yağışınla yox,
Şaqrat gülüşünlə ,baxışıla yox,
Sən məni nazınla öldürəcəksən.

Həsrətin könlümü eyləyib qubar,
Yeriyir üstümə qəm qatar -qatar,
Bu nazın ,qəmzənin bir xətası var,
Sən məni nazınla öldürəcəksən.

Ağlımı başımdan almısan gözəl,
Qəlbimi odlara salmısan gözəl,
Nə qədər amansız olmusan gözəl,
Sən məni nazınla öldürəcəksən.

Itirib dadını tamlı aşım da,
Dolanır bir dərdli sevda başımda,
Arzuya yetməmiş cavan yaşımda,
Sən məni nazınla öldürəcəksən.

Müəllif Mücirəddin Mübarizoğlu
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri