Sevgi dostum

Müəllif: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 3 643
Səs ver:
(səs: 1)
Gəl məni dost kimi dindir danışdır
Dost bilsin qıraqdan camaat bizi
Mən deyim: dostumdur,sən de: tanışdır
Hamıdan gizlədək sevdiyimizi

Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz
Gizli görüşümüz çıxsa meydana
Deyək ki, dost dostla görüşə bilməz?


Yanında bir qız şəkili gətir
Heç kim bilməsin ki sevgiliyik biz
Istəsən arada qolumada gir
Burda pis nə varki, dost deyilikmi biz?
 

Zəng elə danışaq dərsdən filandan
Anana denənki bir yoldaşımdır
Qoy hamı dost bilsin bizi hər zaman
Denənki heç mənim sevən yaşımdı?


Bu yolla gizlədək gəl sevgimizi
Camaat dost bilsin anansa yoldaş
Dostluğa büərək həsrətimizi
Bir azca sevinək gəl yavaş-yavaş

Dostluqla böyüsün məhəbbətimiz
Qoy daha olmasın həsrət, göz yaşı
Gəl, əvvəl həyatda yoldaş olaq biz
Sonrasa olarıq həyat yoldaşı..
 
 P.S Mən çox sevirəm bu şeiri çoox :128: :heart:
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri