Sənlə tanışlığım yeni olsa da,
Sən mənim xoşbəxtlik mələyim oldun.
Daha istəmirəm ikinci ürək,
Sən mənim döyünən ürəyim oldun.
******************************
Sənin gözlərinə baxdığım zaman ,
Bütün dərdlərimi unuduram mən.
Gedirsən, deyirəm yenə gələcək,
Özümü bunula ovuduram mən .
****************************
Mənə elə doğma, elə əzizsən,
Mən sənə baxmaqdan doya bilmirəm.
Bəzən mən özüm də çaşıb qalıram ,
Bu hissin adını qoya bilmirəm .
*****************************
Məndən soruşma ki "nəyinəm sənin?”
Bu sual o qədər qorxudur məni .
Əgər ürəyimdən soruşsan bunu,
Deyər "dəlilər tək sevirəm səni”.
*****************************
Bu dost sevgisimi, yar sevgisimi ,
Bilmirəm. Hisslərim qarışıb yəni .
Fərqi yox dost kimi sevgili kimi,
Bildiyim tək şey var-sevirəm səni.
****************************
Bir zaman heç nədən qorxum yox idi ,
Bir işim var idi, günü ötürmək .
İndisə iki şey qorxudur məni,
Bir səni üzmək bir səni itirmək.
*******************************
Əgər istəmədən səni incitsəm,
Özümə rəhmimi bitirəcəyəm.
Əgər bir gün gəlsə səni itirsəm,
Yenə xoşbəxtliyi itirəcəyəm.