Səncə həyatın qanunu budur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 110
Səs ver:
(səs: 1)
Hörmət edirsən saymamazlıq görürsən,
Səncə həyatın qanunu budurmu ?

Dost dediyin adam sənə arxadan zərbə vurur,
Səncə həyatın qanunu budurmu ?

Satqınların yalançıların arasında yaşamağa məcbursan
Səncə həyatın qanunu budurmu ?

Həyatın qədər sevdiyin adamdan qarşılıq görmürsən
Səncə həyatın qanunu budurmu ?

Azərbaycan da 23-24 yaşda hələ də evlənməmisən sə deyərlər evdə qaldın
Səncə həyatın qanunu budurmu ?

Haqlı olduğun yerdə axmaqlara qarşı məğlub olursan
Səncə həyatın qanunu budurmu ?

Hər zaman kasıblar sayılmır və tapdalanır.Onların varlılar kimi adam olduqları düşünülmür
Səncə həyatın qanunu budurmu ?

İnsanlar bir biri ilə pula görə dostluq edir
Səncə həyatın qanunu budurmu ?

Bəzi insanlar salamı pula görə alır
Səncə həyatın qanunu budurmu ?

Yalançı insanlar üzünə gülüb arxanca onlara yaraşan söhbətlər edirlər
Səncə həyatın qanunu budurmu ?

Pulun var deyə hamı səndən saqqız kimi yapışır
Səncə həyatın qanunu budurmu ?

Hər gələn yerə hər tinə zibil atırıq təki ``yeməklə doymadım yalamaqla doyum`` atalar sözünə əməl edirlər
Səncə həyatın qanunu budurmu ?

Güzgüdə durub özünə baxmayan insanlar arxanca müxtəlif mövzularda danışıb,səni ələ salmağa başlayır
Səncə həyatın qanunu budurmu ?

Dostların səni qorxduğun mövzülarda təəccübləndirirlər
Səncə həyatın qanunu budurmu ?

Axmaq insanları yola verməyə məcbursan
Səncə həyatın qanunu budurmu ?

Arzusunda olduğun arzularla yaşayırsan
Səncə həyatın qanunu budurmu ?

Sevdiklərin sənə xəyanət edir
Səncə həyatın qanunu budurmu ?

Xoşbəxt olduğun mühitdə yaşamaq sənin üçün sadəcə bir xəyal olur
Səncə həyatın qanunu budurmu ?
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 110
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri