Sevdinsə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 510
Səs ver:
(səs: 2)
Sevdinsə....Beş il,on beş il nədir,
Bütün ömrün boyu gözləyəcəksən.
Nə boyda zülm etsə sevgili sənə.
Sevdinsə..."Hər zülmə döz",-deyəcəksən.

Sevdinsə.....Kölgəyə dönüb hər zaman.
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib,dər udacaqsan,
Onu unutmağı unutacaqsan.

Zərərin xeyirdir,xeyirin zərər.
Sevdinsə...Günahın içində həqsan.
Onu unutmağa çalışsan,əgər.
Sən özün-özünü unudacaqsan.

Sevdinsə qanqalı gül biləcəksən.
Hər əsən yarpağa kövrələcəksən.
Sevdinsə...Nə dünən,nə də bu günsən,
Sevdinsə...Sən həmişə gələcəksən.
Sevdinsə....Bir ömürün ilk sabahısan,
Dünyanın ən böyük xeyirxahısan......
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2 510
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri