Əllər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 278
Səs ver:
(səs: 4)
Sənə nifrət etdiyini yazan yerdə qələmi sına,
Güvənmədən ona, ürəyinə qonaq gələni sına.
Verdiyin o son qərar çox haqsızdı axı belə,
Sevgi əriyib day, beyinə qan sızdı, axıb yerə.

Bilməm, bəlkə də tutub əlindən səhv əllər,
Tutsa özgə əlləri, edər məni məhv əllər.
Qəlbimi qır amma, keçmişə görə məni qınama,
Axı yox idin həyatımda sən əvvəllər.

Qulağın həmişə məndən sevdiyimi eşidərdi,
Məni ayaqda tutan başqa bir növ, çeşid əldi.
Səni görərkən altı hüceyrədən beşi tərdi,
Məni ən çox incidən dilindəki o neştərdi.

Çox sağ ol mənə bu hissləri yaşatdığına görə,
Bağışla, mənə görə gözündən yaş axdığına görə.
Amma verdiyin ağrı adi baş ağrısına bənzəmir,
Sanki qalın iynəyə batırıb çıxarırlar ənsəmi.

Bəlkə heç kim sevməz sevdiyim kimi mən səni,
Bəlkə heç kim sevməz səni kimi mən sərsəmi.
Yadda saxla, saxlamayacaq səni, bu yad da saxta,
Amma darıxacaqsan görüb xəyalımı solda, sağda.

Sənsiz bacarmayan ürək gör necə dözür vaxta,
Amma gec deyil, qayıda bilərsən, özün bax da.
İnanmayacaqsan, amma qalmayıb əsəb hətta,
Unutmaq çətindirsə, ürəyindən məni kəsib at da.

Beş il sonra mən haqda qalacaq nəsə yadda,
Əslində hamısı xəyal, yox heç biri əsl həyatda.
Bəlkə bir gün səndə qalan qəlbimi istərlər,
Əllərimi qızdırardı indi olsaydı o isti əllər.

Bağışla, amma mənə güvənmə, çətin düzələm,
Səni üzənin qulaqlarını kəsib sepə düzərəm.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 2 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri