Oğru olmaq istəyirəm

Müəllif: acisko
Şərhlər: 6
Baxılıb: 3 239
Səs ver:
(səs: 1)
Qoy bir kimsə eşitməsin,
"Qorxulu" bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
"Oğru" olmaq istəyirəm...
Insanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istiyirəm.
Bu dünyanın günü-gündən
Niyə artır dərdi-səri?
Dövlətlərin arasından
sərhədləri
Oğurlamaq istəyirəm.
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı...
Mən anaram sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm.
Birisini yıxmaq üçün
Ikisinin ülfətini,
Insanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
Iki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm...
Araz axır,
Bu taydan da insan baxır,
O taydan da insan baxır,
Neçə milyon
Gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
"Oğurlamaq" istəyirəm...
Indi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin
məzarını
Oğurlamaq istəyirəm...
Həbslərdə ömür sürən
Azadlığın neçə-neçə
haqq qızını,
"Müharibə" deyənlərin
saqqızını
Oğurlamaq istəyirəm.
Nə gizlədək, bilir hamı,
Oda tutmaq isləyirlər
bu cahanı.
Qəlbini deyir:
Bir məsəli yadına sal,
"Oğrudan oğruya halal..."
Prometey oğurlayıb
Insanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə,
Yerin mənə, Göyün mənə,
Nə deyirsiz deyin mənə
"Oğru" olmaq istəyirəm!..
Oğru olmaq istəyimlə
Doğru olmaq istəyirəm!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 239
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri