Atasız dünyam

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 67 610
Səs ver:
(səs: 10)
Atası olanlar qədirini bilin...
Yaman ağır imiş atasız dünya...
Ona səcdə qılın ona baş əyin...
Yaman ağır imiş atasız dünya...

Qapıya baxıram qapını açmır...
Şəklinə baxıram dinmir danışmır...
Könlüm yas saxlayır könlüm barışmır...
Yaman ağır imiş atasız dünya...

Atan getdi elə bil ki həyatın getdi...
Günün güzəranın sevincin itdi...
Elə bil ömrünün sonudur bitdi...
Yaman ağır imiş atasız dünya...

Min qada görübdür min qan görübdür...
Keçilməz yollardan keçib atalar...
Yolunda nə qədər tufan görübdür...
Yaxşını yamandan seçib atalar...

Bəzən sərt olubdur ömrün gərdişi...
Yenə mərdanəlik olub vərdişi...
Bu gün görəcəyi əməli işi...
Yüz ölçüb bir dəfə biçib atalar...

Onları bənzətmə günəşə aya...
Baxanda zirvədir gözündə qaya...
Gələndə mərdliklə gəlib dünyaya...
Köçəndə qeyrətlə köçüb atalar...

Ata bar bəhrədir isti ocaqdır...
Övladın yolunda ata çıraqdır...
Qanadsız bir quşsan atan ki yoxdur...
Yaman ağır imiş atasız dünya...

Həyətdən baxçadan gur səsi getdi...
Həri hərarəti nəfəsi getdi...
O köklü ağacın kölgəsi getdi...
Yaman ağır imiş atasız dünya...

Gedən gələn birdən birə yaz oldu...
Başımın üstünü duman çən aldı...
Bütün arzularım yarımçıq qaldı...
Yaman ağır imiş atasız dünya.

P.S. artiq 20 ildi atasizam,2 yaşımda itirdim onu hele korpe idim,cox agirdi atami tanimamiwam,sesini ewitmemiwem hec ne hec ne bilmirem onun haqqinda bir tek onu bilirem ki cox merd olub.Allahim hec kimi atasiz qoyma!
(səs: 10)
Şərhlər: 12
Baxılıb: 67 610
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri