Qadına məktub

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 672
Səs ver:
(səs: 2)
Sizin qızınızla görüşürük biz,
Gedirik gah yolla, gah kənar izlə.
Bunu men bilirem, siz bilmirsiniz-
O gəlir sizin öz icazənizlə.

Tələbə yoldaşı, rəfiqəsi var,
İşi də çox olur bəzən dərsidə.
Mənəm qızınızın, necə deyərlər,
''Tələbə yoldaşı'', ''rəfiqəsi'' də.

Mən başa düşürəm, siz anasınız,
Ürəyə sığışmır adi həyacan.
O, eve dönüncə nigaransınız,
Evdə olanda da mənəm nigaranam.

Bir ömrün mənzili uzun, ya qısa....
Məhəbbət, doğmalıq- hansı qədimdir?
O, sizin adice qızınızdısa,
O, mənim yeganə səadetimdir.

Siz də heyransınız, mən də bır qıza,
Kimin qapısından o, girməlidir?
Dünya elədir ki: biri tapırsa,
Biri... tebiidir, itirməlidir.

Duruluq rəmzidir sizin qızınız,
Gözündən oxunur qəlbi, isməti.
Sizin bu sevdada uduzmagınız,
Sizin borcunuzdur, mənim qismətim.

Gərək darılmasın bu eşqə həyat,
Deməyin biz kimik, nəçiyik, nəyik...
Yad ikən doğmayıq, doğma ikən yad,
Dünya qəribədir, biz qəribəyik.

Sizin adınıza hörmət, ehtiram,
Qadın qarşısında baş əyib aləm.
Mən də baş əyirəm, vidalaşıram,
Qızınız gələcək, mən getməliyəm.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri