Sənli şeirlərim

Müəllif: SEVGI DENIZIM
Şərhlər: 15
Baxılıb: 1016
Paylaş:
Səs ver:
(səs: 2)
İçimdə yaşaram hər kədər-qəmi,
Gözümdən intizar oxunmasin qoy.
Bircə yolunu de,unudum səni.
Yoxluğun qəlbimə toxunmasın qoy...

Üşüdür qəlbimi hər soyuq baxış,
Bizi tanış edən yollar ögeydir.
Bir vaxt saçlarimi hey tumarlamış,
O əllər ögeydir, qollar ögeydir...

O sənli günləri vermişəm bada,
Sənsiz günlərimin ömürü qalıb.
Sənlə gülümsəyən dodağımda da,
O bal dodağının möhürü qalıb...

O günlər qayıtmaz, bilirəm daha.
Bəxtim günü-gündən yatır deyəsən.
Kədərlə danışıb gülürəm daha.
Kədərlə söhbətim tutur deyəsən...

Sənin həsrətinden saralıb solan,
Bu yorğun üzümdə payız kök salıb.
Bu evin don vurmuş divarlarindan,
Nimdaş xatirələr asılıb,qalıb..

Qapımı döyən yox küləkdən özgə.
Xəyalin dolanır buz otaqları,
Sən ki yaşamadın mənimlə birgə,
Sənli şeirlərim yaşasin barı...

loading...
(səs: 2)
Şərhlər: 15
Baxılıb: 1016
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Yusif Ulker
O günlər qayıtmaz, bilirəm daha.
Bəxtim günü-gündən yatır deyəsən.
Kədərlə danışıb gülürəm daha.
Kədərlə söhbətim tutur deyəsən..
6 noyabr 2015 05:46
15
Offline
FISTIK
cox gozel baci tesekkur
31 yanvar 2015 22:59
14
Offline
ece uslu
gozel weirdi
31 yanvar 2015 19:12
13
Offline
ismayilova ulker
Cix gozel serdi.
31 yanvar 2015 18:28
12
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
acisko
qeweng weirdi twkler
31 yanvar 2015 15:13
11
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Offline
emis
O sənli günləri vermişəm bada,
Sənsiz günlərimin ömürü qalıb.
Sənlə gülümsəyən dodağımda da,
O bal dodağının möhürü qalıb...
31 yanvar 2015 15:09
10
Offline
AYKA-ISI
qeweng weirdi kawki sevenler hec ayrilmaya

qeweng weirdi kawki sevenler hec ayrilmaya

qeweng weirdi kawki sevenler hec ayrilmaya
31 yanvar 2015 12:35
9
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Qlamurr
Şeir yaxşı şeirdi,sadəcə adı uyğun olmadı,çünki şeirdə söhbət ayrılıqdan gedir,sənli ola bilməz axı...
31 yanvar 2015 12:27
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Firuze14
super şeidi çox bəyəndim.ələrinə salıq
31 yanvar 2015 11:49
7
Deyirlərki yağışın damlası ilanın ağzına düşərsə, zəhər. İncininin içinə düşərsə mirvari olurmuş.Bəs sən nəyin damlasısan? Ürəyimə düşüb hərşeyim olmusan. .....love
Offline
BARBI
Bu gozel seirdi ayriliq acisi cox gozel ifade edilib
31 yanvar 2015 10:38
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Mənalı şerdi bəyəndim
31 yanvar 2015 10:10
5
Offline
aziz a
Cox qesengdi
31 yanvar 2015 09:30
4
imza: aziz a :09
Offline
arzum-aysum
Gozel serdi. Heyf ayriliqdandi
31 yanvar 2015 08:56
3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Narın Yağış
O günlər qayıtmaz, bilirəm daha.
Bəxtim günü-gündən yatır deyəsən.
Kədərlə danışıb gülürəm daha.
Kədərlə söhbətim tutur deyəsən...

Cox gozel weirdi ciyy
31 yanvar 2015 08:28
2
Yaralıyam itirdiyimsə qan deyil...



Sadəcə Nifrət!
Offline
lili)
Senin hesretinle saralib solan
Bu yorqun uzumde payiz kok salib.
Bu evin don vurmus divarlarindan,
Nimdas xatireler asili qalib...
31 yanvar 2015 08:26
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri