Sən... ❤

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 3 217
Səs ver:
(səs: 3)
İllərin dərdidi deyilən məni 
Amma sən dərd qəmə ilişməmisən
O dəfə uzaqdan görmüşəm səni
Sən elə o sənsən, dəyişməmisən

O an sən bilmədin mən nələr çəkdim
Sən ötdün yanımdan küləklər kimi
Bir az uzaqlaşdım, göz yaşı tökdüm
Amma sen gülürdün mələklər kimi.

O ötən günlərçün yaman darıxdım
Darıxdım sözündə qəbahət gördüm 
Nədənsə gözünə diqqətlə baxdım 
O gözəl gözlərdə xəyanət gördüm

Saxlayıb dərdimi sənlə bölmədim 
Çünki danışmağa sözüm gəlmədi
Gözündə peşmanlıq görə bilmədim 
Arxanca baxmağa üzüm gəlmədi

Soruşan yoxdu ki, görəsən niyə ?
Yorulub həyatdan bezirəm hərdən
Mən səni bir daha görərəm deyə ,
O həmin yerləri gəzirəm hərdən...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 217
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri