Darıxdım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 498
Səs ver:
(səs: 3)
Bir sevgi can verdi içimdə mənim,
O gündən kədərin köləsi oldum.
Üzməyi bilməyən bir insan kimi,
Mən eşq dənizinə düşüb boğuldum.

Közərə-közərə yanan şam kimi,
Həsrətin odunda yanıb darıxdım.
Yenə də ağlıma gəldi gözlərin,
Yenə də ismini anıb darıxdım...

Ruhumun qidası, dərdimə dəva,
Ürəyin məlhəmi sözlərin idi.
Mən ki bilməz idim şərabın dadın,
Məni sərxoş edən gözlərin idi.

Səadət səninlə köçdü və getdi,
Bilirəm, qayıdıb gələn də deyil.
Bilirəm, əzizim sən bilən kimi,
Dərdimi bir kimsə bilən də deyil.

Hələ də yolunda qalıb gözlərim,
Yollarına baxan gözüm ağlayır.
Nəfəsim dəyəndə pəncərəmizə,
Pəncərə nəfəsdən buxar bağlayır.

Yəqin ki hardasa xoşbəxtsən indi,
Amma dərd çəkən bir dərdli var-mənəm.
Bəlkə də ən böyük günah səndədir,
Bəlkə də ən böyük günahkar mənəm.

Sən elə bilmə ki yaşayıram mən,
Sağ ikən özümə qəbir qazıram.
Yenə də çəkilib xəlvət otağa,
Yenə darıxmaqdan şeir yazıram..

Közərə-közərə yanan şam kimi,
Həsrətin odunda yanıb darıxdım.
Yenə də ağlıma gəldi gözlərin,
Yenə də ismini anıb darıxdım...
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 4 498
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri