Mən görməmişəm

Müəllif: my_angel
Şərhlər: 13
Baxılıb: 585
Paylaş:
Səs ver:
(səs: 1)
Bəzən büdrəmişəm, düzü yanında,
Sevgidən salmışam sözü yanında.
Min dəfə keçmişəm azı yanınnan,
Məni görməmisən, görməmisən sən.
 
Gözlərim həsrətlə dolub qalmışam,
Yolunda gül kimi solub qalmışam,
Üz-üzə gələndə donub qalmışam,
Məni görməmisən, görməmisən sən.
 
İzini ömrümə düzüb keçmisən,
Keçdiyin yollardan bezib keçmisən.
Yanımnan qanqalı üzüb keçmisən,
Məni görməmisən, görməmisən sən
 
Mənəmi veribsən sənsiz küçəni?
Alıb aparıbsan sirli gecəmi.
Yalançı yuxular aldadıb səni,
Məni görməmisən, görməmisən sən.
 
Yaxşı istəyibsən, yaman tapmısan,
Günəş axtarıbsan, duman tapmısan,
Həqiqət gəzibsən, yalan tapmısan,
Məni görməmisən, görməmisən sən.
 
Dönüb boylanıbsan ötərgi səs,
Mənəm sənin üçün yarpağtək əsən,
Xətrinə dəyməsin, korsan ya nəsən?
Məni görməmisən, görməmisən sən.
 
Payız demirəm ki, ömrün yaz olsun,
Yüz il də,min il də sənə az olsun,
Ölsən, başdaşına bu söz yazılsın,"
Məni görməmisən,görməmisən sən!"

loading...
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 585
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
gunka2000
Yaxşı istəyibsən, yaman tapmısan,
Günəş axtarıbsan, duman tapmısan,
Həqiqət gəzibsən, yalan tapmısan,
Məni görməmisən, görməmisən sən.
super....
19 iyun 2015 19:08
13
Payiz behane idi belkede yarpaq agacdan bezmisdi
Offline
tek umidim sen
Pis deyil,yaxsidi,tesekkur...
15 iyun 2015 21:20
12
Ne mutlu TÜRK'üm diyene!...
Offline
Catwoman666
maraqsiz seirdi sevmirem sevgi seirlerini
15 iyun 2015 17:43
11
Viking
Offline
ALESSANDRA
Dönüb boylanıbsan ötərgi səs,
Mənəm sənin üçün yarpağtək əsən,
Xətrinə dəyməsin, korsan ya nəsən?
Məni görməmisən, görməmisən sən.

Payız demirəm ki, ömrün yaz olsun,
Yüz il də,min il də sənə az olsun,
Ölsən, başdaşına bu söz yazılsın,"
Məni görməmisən,görməmisən sən!"

normaldır
15 iyun 2015 15:59
10
Don't trust anyone ∆
Offline
Fialka
Mənalı şeirdir, sevənlər üçün də təsirli , təşəkkür.
15 iyun 2015 15:52
9
Offline
vipbetul
yaxsidi
15 iyun 2015 15:18
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Tomris Müslümova
ayy cox gozel seirdisonuncu lap qeseydi))
15 iyun 2015 10:49
7

Sən sadəcə mənimsən...!
Offline
teri meri
şeirin məzmunu yaxşıdı özü isə yox
15 iyun 2015 10:14
6
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
qanadli melek
Yaxsi weirdi.bezen gozumuz onundekileri gore bilmirik.
15 iyun 2015 09:52
5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Bezen ele insanlar var ki bizi gormeyini cox arzulayiriq ama arzu olaraqda qalir onlar bizi hec vaxt gormur.
15 iyun 2015 09:04
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Dosta_inam
Çox gözel sözleri var.

Çox gözel sözleri var.
15 iyun 2015 08:47
3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Yusif Ulker
xosum geldi yaxsidi
15 iyun 2015 08:38
2
Offline
aziz a
Cox xosum geldi,tesekkur.
15 iyun 2015 08:36
1
Böyük Rebbim sen özün kömek ol hamıya....

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook