Sevgi hekayəsi

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 3 910
Səs ver:
(səs: 0)
Mənimlə qalmağı qəbul etmədin,
Taledən qaçandan sən heç gülmədin.
Bu halın üşüdür çox sixir məni,
Sən sönmüş çırağa indi bənzədin.

Qaçdı o məhəbbət hər ikimizdən,
Xöşbəxtlik ipləri qırıldı bizdən.
Baş verənlər hekayəyə çevrildi,
Ayrıldıq o an bir-birimizdən.

Meşə ortasında o gözəl evdə,
Mən səni axtardım görüş yerində.
Gözünə bir daha baxdım həsrətlə,
Xöşbəxtlik işığı görmədim səndə.

Düşdüyün o mühit kövrəldi məni,
Sınmış qürurun da sarsıtdı məni.
Əyildim qaldıram keçmiş sevgini,
Onda anladım ki, itirdim səni.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri